Dünya
Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var"
"Rusiyanın Ermənistandan yalnız bir xahişi var - Avropa İttifaqına (Aİ) qoşulma məsələsi ilə bağlı referendumun mümkün olduğu qədər tez bir zamanda keçirilməsi". Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib. "Biz yalnız bunu xahiş edirik, xüsusən ona görə ki, baş nazir Nikol Paşinyanın özü bu yaxınlarda bu məsələ (Ermənistanın Aİ-yə daxil olması) üzrə referendumun keçirilməsini zəruri hesab etdiyini deyib. Bizim yalnız bir xahişimiz var - bunu mümkün qədər tez edin", - deyə Rusiya lideri vurğulayıb.
Mənbə
oxu.az