Dünya
Britaniya və Fransa Hörmüz boğazını minalardan təmizləməyi planlaşdırırlar
ABŞ və İran arasında gəmiçiliyin bərpası barədə razılaşmadan sonra Böyük Britaniya ilə Fransa Hörmüz boğazının minalardan təmizlənməsi üzrə çoxmillətli əməliyyat planları hazırlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Fars körfəzində gəmiçilik ABŞ və İran arasındakı münaqişə səbəbindən demək olar ki, dayanıb. Müvəqqəti razılaşma üçün tərəflər arasında gərgin danışıqların aparıldığı bildirilir.
Mənbə
oxu.az