Dünya

Dövlət çevrilişinə cəhddə ittiham olunan Baqrat Qalstanyanla bağlı YENİ QƏRAR

04 Jun 2026, 20:48 4 baxış
Dövlət çevrilişinə cəhddə ittiham olunan Baqrat Qalstanyanla bağlı YENİ QƏRAR
Arxiyepiskop Baqrat Qalstanyan ev dustaqlığına buraxılıb. Bu barədə qərarı Apellyasiya Məhkəməsi onun vəkili Hovannes Xudoyanın vəsatətini qismən təmin edərək qəbul edib. Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, Qalstanyana cinayət işi üzrə digər fiqurantlarla təmasda olmaq qadağan edilib. Bundan əlavə, aşağı instansiya məhkəməsi bugünkü iclasında Qalstanyana 7 iyun seçkisində səsvermədə iştirak etmək məqsədilə qeydiyyatda olduğu İcevan şəhərinə yeddi saatlıq getməyə icazə verib. Xatırladaq ki, "Müqəddəs mübarizə" hərəkatının lideri ötən ilin iyun ayının sonundan etibarən həbsdə idi. Ona qarşı dövlət çevrilişinə cəhd ittihamı irəli sürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər