İdman

"Üzgüçülük hamı üçün" yarışının final mərhələsinə start verildi

04 Jun 2026, 20:00 4 baxış
"Üzgüçülük hamı üçün" yarışının final mərhələsinə start verildi
Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinin açılış mərasimi baş tutub. Oxu.Az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardından ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxış ediblər. Tədbirdə, həmçinin federasiyanın vitse-prezidenti Xaliq İldırımzadə və digər rəsmi şəxslər iştirak ediblər. Daha sonra yarışlara rəsmi start verilib. Layihənin final mərhələsində Azərbaycan və Türkiyədən olan idmançılar mübarizə aparırlar. Azərbaycan komandası Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərlərini, eləcə də Goranboy, Balakən və İsmayıllı rayonlarını təmsil edən iştirakçılardan formalaşıb. Tədbirin birinci günündə idmançılar 10-11, 12-13, 14-15, 46-50, 51-55, 56-60 və 61 yaşdan yuxarı kateqoriyalar üzrə medallar uğrunda yarışıblar. Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.
{{gallery}}
"Üzgüçülük hamı üçün" yarışının final mərhələsinə start verildi "Üzgüçülük hamı üçün" yarışının final mərhələsinə start verildi "Üzgüçülük hamı üçün" yarışının final mərhələsinə start verildi "Üzgüçülük hamı üçün" yarışının final mərhələsinə start verildi "Üzgüçülük hamı üçün" yarışının final mərhələsinə start verildi "Üzgüçülük hamı üçün" yarışının final mərhələsinə start verildi "Üzgüçülük hamı üçün" yarışının final mərhələsinə start verildi "Üzgüçülük hamı üçün" yarışının final mərhələsinə start verildi "Üzgüçülük hamı üçün" yarışının final mərhələsinə start verildi "Üzgüçülük hamı üçün" yarışının final mərhələsinə start verildi "Üzgüçülük hamı üçün" yarışının final mərhələsinə start verildi "Üzgüçülük hamı üçün" yarışının final mərhələsinə start verildi
Mənbə oxu.az

Oxşar Xəbərlər