İdman
"Sabah" klubu 31 yaşlı futbolçusu ilə müqaviləni yenilədi - FOTO
"Sabah" klubu müdafiəçisi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, 31 yaşlı futbolçu ilə anlaşmanın müddəti iki ildir. Qeyd edək ki, T.Mütəllimov 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu "Sabah"da ümumilikdə 102 oyun keçirib. O, "bayquşlar"ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.
Mənbə
oxu.az