İdman
"Karvan-Yevlax" iki legioneri ilə yollarını ayırdı - FOTO
Misli Premyer Liqası ilə vidalaşan "Karvan-Yevlax" futbol klubu heyətində dəyişikliklərə imza atıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bölgə təmsilçisi yarımmüdafiəçi Kayl Spens və qapıçı Pedro Mateus ilə yollarını ayırıb. Tərəflər arasında başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib. İngiltərəli yarımmüdafiəçi Kayl Spens arxada qalan mövsüm ərzində Yevlax klubunun forması ilə 34 qarşılaşmada meydana çıxıb. O bu oyunlarda üç dəfə rəqib qapısına yol tapıb, altı məhsuldar ötürmə edərək aktivinə xal yazdırıb. Pedro Mateus isə başa çatan mövsümdə Yevlax təmsilçisinin heyətində 20 oyunda meydana çıxıb. Xatırladaq ki, "Karvan-Yevlax" klubu gələn mövsümdən etibarən mübarizəsini Azərbaycan I Liqasında davam etdirəcək.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az