Dünya
İsrail Livandan qoşunlarını çıxarmağa başladı
İsrail Müdafiə Qüvvələri (SAXAL) qoşunlarının Livanın cənubundan qismən çıxarılmasına başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb. "İsrail ordusu qoşunlarının bir hissəsini Dbeybindən çıxarmağa başlayıb", - materialda qeyd olunub. Daha əvvəl ABŞ-nin Dövlət Departamentindən bildirmişdi ki, İsrail və Livan atəşkəs barədə razılığa gəlib. Qeyd olunur ki, tərəflər Livan silahlı qüvvələrinin tam nəzarəti altında pilot zonaların yaradılmasını sürətləndirmək barədə anlaşıblar.
Mənbə
oxu.az