Dünya

Avropa İttifaqı İrəvana 50 milyon avro ayıracaq

04 Jun 2026, 17:24 2 baxış
Avropa İttifaqı İrəvana 50 milyon avro ayıracaq
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Rusiyanın tətbiq etdiyi ixrac məhdudiyyətləri ilə əlaqədar İrəvana 50 milyon avro ayrılacağını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" AK-a istinadən məlumat yayıb. Qeyd edilib ki, Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Rusiyanın addımlarının iqtisadi təzyiq olduğunu və qəbuledilməzliyini vurğulayıb. O, Moskvanın addımlarını tənqid etməyə çalışsa da, eyni zamanda Aİ-nin də son beş ildə öz tarixində üçüncü ölkələrə qarşı ən çox iqtisadi sanksiya və təzyiq tədbirləri tətbiq etdiyini xatırladıb, bu məsələdə təcrübəli olduğunu qeyd edib. Fon der Lyayen Avropa İttifaqının Ermənistanı qətiyyətlə dəstəklədiyini bildirib. O deyib ki, qurum 50 milyon avroluq maliyyə yardımını ehtiva edən xüsusi dəstək paketi hazırlayır. Xatırladaq ki, bir müddət əvvəl Rusiya tərəfi Ermənistandan mineral su, balıq, spirtli içkilər, həmçinin meyvə-tərəvəz və s. məhsulların ölkəyə idxalını məhdudlaşdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər