İdman

"Qəbələ"də ayrılıq: Komanda kapitanı ilə vidalaşdı

04 Jun 2026, 17:48 2 baxış
"Qəbələ"də ayrılıq: Komanda kapitanı ilə vidalaşdı
"Qəbələ" komandası kapitanı Murad Musayevlə yollarını ayırıb. Oxu.Az xəbər verir ki, futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib. "Qəbələ" futbol akademiyasının yetirməsi olan müdafiəçi 2012/2013 mövsümündə komandanın heyətində Misli Premyer Liqasında debüt edib. Murad Musayev "qırmızı-qaralar"ın heyətində Misli Premyer Liqası və ölkə kubokunda ümumilikdə 173 oyuna çıxıb, 4 qol vurub. Təcrübəli müdafiəçi 2023-cü ildə "Qəbələ"nin heyətində Azərbaycan Kubokunu qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər