Dünya

İran Hörmüz boğazından keçid üçün ödəniş almayacaq

04 Jun 2026, 17:56 2 baxış
İran Hörmüz boğazından keçid üçün ödəniş almayacaq
Tehran Hörmüz boğazından tranzit keçid üçün yox, yalnız həmin ərazidə gəmilərə göstəriləcək xidmətlərin müqabilində ödəniş almağı planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qəribabadi "Mehr" agentliyinə verdiyi müsahibədə bildirib. "İslam Respublikası keçid, tranzit rüsumu və ya tranzit vergisi almaq niyyətində deyil. Əksinə, məqsədimiz Omanla birlikdə bu bölgədə təqdim etdiyimiz xidmətlərin qarşılığını əldə etməkdir. Bu xidmətlər sırasına naviqasiya dəstəyi, axtarış-xilasetmə əməliyyatları, gəmiçiliyin təhlükəsizliyi sahəsində görülən tədbirlər, eləcə də ətraf mühitə ziyan dəydiyi halda çirklənmənin aradan qaldırılması kimi ekoloji xidmətlər daxildir", - deyə o bildirib. K.Qəribabadi vurğulayıb ki, bu cür addımlar beynəlxalq dəniz hüququnun prinsiplərinə heç bir halda zidd deyil. İran XİN rəhbərinin müavininin sözlərinə görə, BMT-nin 1982-ci ildə qəbul edilmiş Dəniz Hüququ Konvensiyasında da sahilyanı dövlətlərin müəyyən xidmətlərin göstərilməsi müqabilində ödəniş ala biləcəyi açıq şəkildə nəzərdə tutulub. İran və ABŞ arasındakı razılaşmanın yekun variantına gəldikdə isə, işlər davam edir və prosesin yekunlaşma vaxtı hələ qeyri-müəyyəndir. "Razılaşmanın mətni yalnız o zaman yekun hesablana bilər ki, nəticə bizi tam qane etsin. Müddət məsələsinə gəlincə, bu barədə konkret tarix səsləndirə bilmərəm. Mətni sırf öz maraqlarımıza uyğunlaşdırana qədər təkmilləşdirmək niyyətindəyik", - deyə Kazım Qəribabadi qeyd edib. Nazir müavini onu da əlavə edib ki, rəsmi Tehran ABŞ ilə sənəd imzaladıqdan dərhal sonra xaricdəki dondurulmuş bütün aktivlərinin tən yarısının blokdan çıxarılmasında təkid edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər