İdman

Ronaldonun transfer dəyəri düşdü

04 Jun 2026, 17:51 2 baxış
Ronaldonun transfer dəyəri düşdü

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldonun dəyəri 10 milyon avroya enib.


Axar.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçunun dəyərində əvvəlki ilə müqayisədə 2 milyon avro azalma qeydə alınıb.


Portuqaliya yığmasının və "Əl-Nəsr"in digər oyunçusu Juan Feliksin qiyməti isə 3 milyon avro artaraq 28 milyon avroya çatıb.


Qeyd edək ki, Ronaldo və Feliks Portuqaliya yığmasının 2026-cı il dünya çempionatı üçün yekun heyətinə daxil ediliblər.

Mənbə axar.az

Oxşar Xəbərlər