İdman
"Şamaxı" braziliyalı müdafiəçisi ilə vidalaşdı
"Şamaxı" futbol klubu heyətində dəyişiklik edərək braziliyalı legioneri Sezar Enrike ilə əməkdaşlığa son qoyub. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub rəhbərliyi 25 yaşlı müdafiəçinin başa çatan müqaviləsinin müddətini uzatmamağa qərar verib. Xatırladaq ki, Sezar Enrike ötən ilin yayında Braziliyanın "Kaşias" komandasından "Şamaxı"nın heyətinə cəlb edilmişdi.
Mənbə
oxu.az