Dünya
Ermənistan və ABŞ arasında "Tramp marşrutu" üzrə çərçivə sazişi imzalandı
Ermənistan tərəfi zəruri daxili prosedurları yerinə yetirdikdən və sənədin ratifikasiyasından sonra "Tramp marşrutu"nun (TRIPP) işə salınması üzrə sazişi imzalayıb. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sosial şəbəkə hesabında məlumat verib. Nazir qeyd edib ki, sözügedən sənəddə ABŞ-nin dövlət katibi Marko Rubionun imzası var: "Mən çərçivə sazişini imzaladım. Bu saziş ABŞ-nin dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflanmışdı. O, artıq sənədin altına öz imzasını qoyub. Beləliklə, müqavilə ratifikasiya üçün hazırdır". Nazir sənədin mümkün ratifikasiya müddəti, eləcə də sazişin qüvvəyə minməsindən sonra layihənin həyata keçirilməsinin konkret mərhələləri barədə məlumat verməyib. Qeyd edək ki, mayın 26-da Rubionun İrəvana qısamüddətli səfəri zamanı Ermənistan və ABŞ TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişini və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq xartiyasını paraflayıblar.
Mənbə
oxu.az