Dünya
Türkiyədə üç məşhurun narkotik testinin nəticələri AÇIQLANDI - FOTO
Türkiyədə Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırmasında saxlanılan, qan və saç nümunələrindən analizlər götürülən Onur Tuna, Özgür Deniz Cellat və Zehra Hanzade Gürkanların test nəticələri müsbət çıxıb. Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verib. Onur Tunanın laboratoriya analizlərində marixuana (kannabis) aktiv tərkib hissəsi olan THC aşkarlanıb. Sosial media fenomeni Özgür Deniz Cellatın testində də marixuana müəyyən edilib. Zehra Hanzade Gürkanların qan və saç nümunələrində isə kokain metabolitləri tapılıb. Mirgün Sırrı Cabas, Tuğçe Postoğlu, Cansu Tekin və Berkay Şahinin isə qan, sidik və saç testləri mənfi çıxıb.
Qeyd edək ki, istintaq çərçivəsində saxlanılan 20 məşhur arasında həmçinin Serenay Sarıkaya, Mabel Matiz və Berkay Şahin kimi sənətçilər də olub.
Qeyd edək ki, istintaq çərçivəsində saxlanılan 20 məşhur arasında həmçinin Serenay Sarıkaya, Mabel Matiz və Berkay Şahin kimi sənətçilər də olub.
Mənbə
oxu.az