Dünya

Somalinin sabiq baş nazirinin iqamətgahı yaxınlığında atışma olub - VİDEO

04 Jun 2026, 10:24 2 baxış
Somalinin sabiq baş nazirinin iqamətgahı yaxınlığında atışma olub - VİDEO
Son zamanlar paytaxtı bürüyən təhlükəsizlik sahəsindəki gərginlik fonunda Somalinin sabiq baş naziri Həsən Əli Xayrenin Moqadişo şəhərində yerləşən iqamətgahı ərazisində atəş səsləri eşidilib. Oxu.Az xəbər verir ki, bu barədə "Garowe Online" nəşri məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, atışma Dalkada Sayidka bölgəsində qeydə alınıb. "Somalinin paytaxtında təhlükəsizlik sahəsində vəziyyət gərgin olaraq qaldığı üçün atəş səsləri ətraf ərazilərdə hələ də eşidilməkdədir", - deyə məlumatda vurğulanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər