Dünya

ABŞ hərbçiləri Sakit okeanda narkotik qaçaqmalçılarının katerini vurdular: Ölənlər var - VİDEO

04 Jun 2026, 10:40 2 baxış
ABŞ hərbçiləri Sakit okeanda narkotik qaçaqmalçılarının katerini vurdular: Ölənlər var - VİDEO
ABŞ hərbçiləri Sakit okean sularında narkotik ticarətçilərinin istifadəsində olduğu iddia edilən daha bir kateri vurub. Həyata keçirilən zərbə nəticəsində iki nəfər həyatını itirib. Oxu.Az xəbər verir ki, bu məlumatı ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı yayıb.
Komandanlığın "X" sosial şəbəkəsində dərc etdiyi bəyanatda bildirilir: "Cənub Komandanlığının rəhbəri Frensis Donovanın əmri əsasında "Cənub nizəsi" birləşmiş operativ qrupu iyunun 3-də gəmiyə ağır zərbə endirib. Kəşfiyyat məlumatları təsdiqləyib ki, həmin gəmi Sakit okeanın şərq hissəsindəki məşhur narkotik qaçaqmalçılığı marşrutları ilə hərəkət edib və narkotrafik məqsədilə istifadə olunub". May ayının sonlarında "The New York Times" nəşri ABŞ-nin narkokartellərə məxsus olduğu iddia edilən gəmilərə endirdiyi zərbələr nəticəsində ölənlərin sayının 200-ü ötdüyünü yazmışdı. Qeyd edək ki, Pentaqon rəhbəri Pit Heqset narkokartellərlə mübarizəni nəzərdə tutan "Cənub nizəsi" əməliyyatının başladığını 2025-ci ilin noyabrında elan etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər