Dünya
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI
Yaxın Şərqdə münaqişənin təkrar kəskinləşməsi fonunda neft ardıcıl bahalaşmalardan sonra yenidən ucuzlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:04-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.83 dollar (0.85%) ucuzlaşaraq bir barel üçün 96.98 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 1.81 dollar (1.89%) bahalaşaraq bir barel üçün 97.81 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.73 dollar (0.76%) azalaraq bir barel üçün 95.29 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 2.26 dollar (2.41%) bahalaşaraq bir barel üçün 96.02 dollara çatmışdı.
Mənbə
oxu.az