İdman

Çempionluq üçün son addım: Minifutbol millimiz bu gün həlledici matça çıxır

04 Jun 2026, 09:44 1 baxış
Çempionluq üçün son addım: Minifutbol millimiz bu gün həlledici matça çıxır
Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Slovakiyada təşkil olunan Avropa çempionatının həlledici - final qarşılaşmasına çıxacaq. Oxu.Az xəbər verir ki, yığmamız qitənin ən güclüsünü müəyyənləşdirəcək matçda Ukrayna kollektivi ilə qüvvəsini sınayacaq. Avropanın diqqət mərkəzində olan bu böyük duel "Tipos Arena"da baş tutacaq və Bakı vaxtı ilə tam 22:30-da start götürəcək. Qeyd edək ki, yığmamızın finala gedən yolu olduqca məhsuldar və uğurlu keçib. Komandamız dünən əsas vaxtı 1:1 bərabərliklə başa çatan yarımfinal görüşündə penaltilər seriyasında Serbiya seçməsini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Buna qədər isə F qrupunda Avstriyaya (1:0), İtaliyaya (3:0) və Fransaya (3:2) heç bir şans verməyən millimiz 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 final mərhələsində isə Çexiya komandasını (5:2) mübarizədən kənarlaşdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər