Rusiya "Geran-4"ü işə sala bilər: Saatda 500 km sürət…
Rusiyalı işğalçılar ümid edirlər ki, Ukraynanın reaktiv hədəflərə qarşı fəaliyyəti çətin olacaq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov çıxış edib.
O qeyd edib ki, rus işğalçılar Ukraynaya qarşı reaktiv “Şahid”lərdən fəal şəkildə istifadə edəcəklər, lakin Ukrayna bunu anlayır və onlara qarşı işləyəcək ələkeçirici vasitələr hazırlayır:
“Hazırda bir neçə reaktiv “Şahid” mövcuddur. Təxminən saatda 300 kilometr sürətlə uçan “Geran-3” və saatda 400–500 kilometr sürətlə uçan “Geran-4” var”, – deyə ekspert bildirib.
Fleş əlavə edib ki, hazırda ruslar “Geran-3”dən istifadə edirlər və Ukrayna ona qarşı uğurla mübarizə aparır. Lakin gələcəkdə onlar “Geran-4”dən də istifadə etməyə çalışacaqlar.
Onlar ümid edirlər ki, məsələn, saatda 500 kilometr sürətlə uçan reaktiv hədəflərə qarşı işləmək bizim üçün çətin olacaq.
Ukrayna rusların nə etdiyini anlayır və buna qarşı əks-tədbirlər görəcək”.