Dünya

Kamçatka sahillərində ardıcıl 30-dan çox zəlzələ qeydə alınıb

04 Jun 2026, 08:56 2 baxış
Kamçatka sahillərində ardıcıl 30-dan çox zəlzələ qeydə alınıb
Altı maqnitudalı zəlzələnin ardınca Kamçatka yarımadasının sahillərində 30-dan artıq yeraltı təkan qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Kamçatka bölməsindən TASS agentliyinə bildirilib. "Sakit okean akvatoriyasında dəniz dibinin 41 kilometr dərinliyində 6 maqnitudalı seysmik hadisə baş verib. Qeyd olunub ki, hadisədən sonrakı bir neçə saat ərzində həmin bölgədə 30-a qədər zəlzələdən ibarət seysmik dalğa müşahidə edilib", - deyə məlumatda vurğulanıb. Ərazidəki yaşayış məntəqələrinin əhalisi tərəfindən yalnız 3 bala qədər gücü olan bir yeraltı təkan hiss edilib. Təbii fəlakətlə əlaqədar sunami xəbərdarlığı verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər