Dünya

"ChatGPT" istifadəçi sayının artım sürətinə görə bütün tətbiqləri qabaqladı

04 Jun 2026, 07:00 2 baxış
"ChatGPT" istifadəçi sayının artım sürətinə görə bütün tətbiqləri qabaqladı
"OpenAI" şirkətinin "ChatGPT" tətbiqi dünya üzrə aylıq aktiv istifadəçi sayında bir milyard həddini keçib. Oxu.Az ixbt.com saytına istinadən xəbər verir ki, "Sensor Tower" analitik şirkətinin qiymətləndirmələrinə əsasən, "ChatGPT" bu göstəriciyə ən qısa müddətdə çatan tətbiq olub. Tətbiq istifadəyə verildikdən təxminən üç il sonra bir milyard aktiv istifadəçi həddini aşaraq "Google Maps", "TikTok", "Instagram" və "YouTube" kimi platformaların böyümə sürətini geridə qoyub. "Sensor Tower"in hesabatına görə, cari ilin ikinci rübünün nəticələrinə əsasən, "Claude" tətbiqinin dünyada aylıq aktiv istifadəçi sayı 56 milyona çatıb. "Claude"un istifadəçi sayında illik müqayisədə müşahidə olunan 640%-lik artım "ChatGPT"nin artım tempini (62%) əhəmiyyətli dərəcədə üstələyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər