İdman
Peres Mourinyonu "Real Madrid"ə gətirəcək? - FOTO
"Real Madrid"in prezidenti Florentino Peres növbəti seçkidə qalib gələcəyi təqdirdə Joze Mourinyonu baş məşqçi postuna təyin edəcəyini bildirib. Oxu.Az bu barədə Peresin seçkiqabağı qərargahının "X" hesabına istinadən xəbər verir. 79 yaşlı funksionerin seçkiqabağı qərargahı portuqaliyalı məşqçinin Madrid klubunun formasında olduğu və "Bəli!" dediyi bir videoçarx paylaşıb. Mourinyo artıq 2010-cu ildən 2013-cü ilə qədər "Real"da çalışıb. Hazırda o, "Benfika"ya rəhbərlik edir. "Real Madrid" klubunda prezident seçkisi iyunun 7-də baş tutacaq. Peresə qarşı iş adamı Enrike Rikelme mübarizə aparacaq.
Mənbə
oxu.az