İdman
Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı
Serbiya Avropanın ən güclü kollektivlərindən biridir. Çətin matç alındı. Rəqib bizdən üstün oynaya bilər, amma nəticəni biz qazandıq. Serbiya da, biz də ehtiyatlı oynayırdıq. Müdafiəni də düşünmək lazım idi. Bizim millimiz müdafiə futbolu oynamır. Finalda daha yaxşı oyun sərgiləmək istəyirik.
Axar.az xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Serbiya üzərindəki qələbədən danışarkən deyib.
E.Quliyev Ukraynaya qarşı keçiriləcək final matçından da danışıb:
“Sabaha hazırlaşmalıyıq. Bundan daha yaxşı oyun sərgiləmək niyyətindəyik. Bir qol nəticəni həll edə bilir. Çempion olmaq istəyirik”.
Mənbə
axar.az