Digər

"Ford" 420 min avtomobili geri çağırır

04 Jun 2026, 01:36 1 baxış
"Ford" 420 min avtomobili geri çağırır

ABŞ-ın avtomobil istehsalçısı “Ford Motor” təhlükəsizlik kəmərlərində aşkar edilən nasazlıq səbəbindən ölkədə təxminən 420 min avtomobili geri çağırır.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.


Qeyd olunur ki, 2018–2022-ci il istehsalı olan “Ford Expedition” və “Lincoln Navigator” modelləri geri çağırılıb.


Məlumata əsasən, bu avtomobillərdə sürücü və ya ön sərnişin oturacağındakı təhlükəsizlik kəmərinin dartıcı mexanizmi kəmərin hərəkətini bloklaya bilər ki, bu da onun düzgün uzanması və ya yığılmasında problemlərə səbəb olur. Nəticədə qəza zamanı xəsarət alma riski artır. Diler mərkəzləri avtomobilləri yoxlayacaq və nasaz hissələri yeniləri ilə əvəz edəcəklər.

Mənbə axar.az

Oxşar Xəbərlər