İdman

İspaniya çempionatında ən gözəl qolun müəllifi Arda Güler oldu - VİDEO

04 Jun 2026, 00:12 1 baxış
İspaniya çempionatında ən gözəl qolun müəllifi Arda Güler oldu - VİDEO
"Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Gülerin vurduğu qol İspaniya çempionatının 2025/26 mövsümünün ən gözəl qolu seçilib. Oxu.Az bu barədə İspaniya La Liqasının saytına istinadən xəbər verir.
21 yaşlı türkiyəli futbolçu bu uğura La Liqanın 28-ci turunda "Elçe"yə qarşı keçirilən oyundakı möhtəşəm qoluna görə layiq görülüb. Martın 14-də "Elçe"ni doğma meydanında qəbul edən "Real Madrid" 4:1 hesablı qələbə qazanıb. Matçda son nöqtəni 89-cu dəqiqədə meydanın özlərinə aid hissəsindən zərbə endirən Gülər qoyub. Nəticədə top qonaqların qapıçısının üzərindən aşaraq tora daxil olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər