Digər

Pakistandan xahiş etdik ki, Livanı da... - Arakçı

04 Jun 2026, 00:03 2 baxış
Pakistandan xahiş etdik ki, Livanı da... - Arakçı

İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb.


Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı "Al Mayadeen" telekanalına müsahibəsinda deyib.


Arakçının sözlərinə görə, İran Livanı qardaş və dost ölkə hesab edir:


"İranla İsrail və ABŞ arasındakı müharibənin taleyi Livandakı münaqişə ilə ilk gündən bağlıdır. Mövqeyimiz tamamilə aydındır: müharibənin başa çatması və atəşkəs Livan da daxil olmaqla, müqavimətin bütün cəbhələrində eyni vaxtda əldə edilməlidir".


İranın XİN rəhbəri atəşkəs danışıqları zamanı memorandumun şərtlərinə Livanın da daxil edilməsini Pakistanın Baş naziri Şahbaz Şərifdən xahiş etdiyini xatırladıb.

Mənbə axar.az

Oxşar Xəbərlər