Dünya
Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi
Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir. Baş Assambleyadakı səsvermədə ölkə Təhlükəsizlik Şurasındakı yer uğrunda Filippinlə mübarizə aparıb. 2027-ci il yanvarın 1-dən etibarən Avstriya, Zimbabve, Portuqaliya, Trinidad və Tobaqo da qeyri-daimi üzv qismində Təhlükəsizlik Şurasına daxil olacaqlar. Bu ölkələr qurumda səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatan Yunanıstan, Danimarka, Pakistan, Panama və Somalini əvəz edəcəklər.
Mənbə
oxu.az