Dünya
SEPAH: "Küveyt aeroportunu "Patriot" raketi vurub"
Küveyt hava limanının zərər görməsi buraya ABŞ-nin "Patriot" hava hücumundan müdafiə (HHM) sisteminin raketinin düşməsi səbəbindən baş verib, İran mülki obyektlərə heç bir zərbə endirməyib. Oxu.Az İranın Dövlət Teleradio Şirkətinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibbi bəyan edib. "Küveytin sərnişin terminalına raket düşməsi insidenti ilə bağlı apardığımız təhqiqat və keçirdiyimiz yoxlama göstərir ki, SEPAH-ın Aerokosmik Qüvvələri bu hədəfə doğru heç bir buraxılış həyata keçirməyib. Küveyt hava limanının sərnişin terminalının dağılması ABŞ-nin "Patriot" sistemlərinin səhvinin nəticəsidir, belə ki, onlar İran raketlərini vurmağa uğursuz cəhddən sonra sözügedən terminalın üzərinə düşüblər", - deyə o vurğulayıb. Daha əvvəl Küveytin Mülki Aviasiya Baş İdarəsi məlumat vermişdi ki, beynəlxalq hava limanının sərnişin terminalı İrandan buraxılan pilotsuz uçuş aparatları (PUA) və raketlərin hücumuna məruz qalıb.
Mənbə
oxu.az