Dünya

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf edib

03 Jun 2026, 21:24 48 baxış
Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf edib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla aralarında vaxtaşırı fikir ayrılıqlarının yarandığını etiraf edib. Oxu.Az xəbər verir ki, o, bu barədə CNBC telekanalına müsahibəsində bildirib. "Bizim ortaq hədəflərimiz var. Bəzən ən yaxşı ailələrdə olduğu kimi, taktiki ayrılıqlar yaranır, lakin bunları aradan qaldırmağın yolu həmişə tapılır və biz bunu böyük dostlar kimi edirik. Səhər razılığa gəlməyə bilərik, günorta isə artıq birgə fəaliyyətə keçərik" , - deyə Netanyahu vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər