Cəmiyyət

Sabirabadda baş verən qəzada azyaşlı HƏYATINI İTİRDİ

03 Jun 2026, 18:30 12 baxış
Sabirabadda baş verən qəzada azyaşlı HƏYATINI İTİRDİ
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 17:00-da rayonun Şıxsalahlı kəndi ərazisində qeydə alınıb. Qeyd olunub ki, kənd sakini, 2000-ci il təvəllüdlü Nurlan Fəttahov idarə etdiyi VAZ-2107 markalı avtomobillə velosipedlə hərəkətdə olan azyaşlını vurub. Ağır xəsarət alan azyaşlını xəstəxanaya çatdırmaq istəsələr də o, yolda həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər