Cəmiyyət

Yuri Qusev: "Ölkəmizə gələn ukraynalı uşaqlar müharibəni öz gözləri ilə görüblər"

03 Jun 2026, 18:38 12 baxış
Yuri Qusev: "Ölkəmizə gələn ukraynalı uşaqlar müharibəni öz gözləri ilə görüblər"
"Bu gün ölkəmizə gələn ukraynalı uşaqlar müharibəni öz gözləri ilə görüblər". Oxu.Az xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev deyib. O bildirib ki, ukraynalı uşaqların daha bir qrupu, bu dəfə Mariupoldan olan uşaqlar Azərbaycana gətirilib: "Bu uşaqlar müharibəni öz gözləri ilə görüblər. Azərbaycan hökumətinin, Azərbaycan rəhbərliyinin və bütün Azərbaycan xalqının bu çox vacib proqram üçün göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Bu proqram xalqlarımızı, uşaqlarımızı və ölkələrimizi bir-birinə yaxınlaşdırır".
Mənbə oxu.az

Oxşar Xəbərlər