İdman

UEFA yığma komandaların pley-off matçlarının qaydalarını dəyişdirdi

03 Jun 2026, 19:00 3 baxış
UEFA yığma komandaların pley-off matçlarının qaydalarını dəyişdirdi
UEFA böyük turnirlərdən əvvəl keçirilən pley-off matçlarının qaydalarını dəyişdirib. Oxu.Az bu barədə "Football Meets Data" platformasına istinadən xəbər verir. Daha əvvəl final mərhələsinə vəsiqə qazanmaq uğrunda keçirilən pley-off oyunlarına ev sahibliyi edəcək komandalar püşkatma yolu ilə təsadüfi seçilirdi. Bu qaydaya görə, İtaliya, Danimarka və Türkiyə kimi yığmalar DÇ-2026-nın həlledici pley-off matçlarını səfərdə keçirməli olmuşdular. "Football Meets Data" platforması diqqət çəkir ki, UEFA Avropa çempionatının keçirilməsi haqqında 17.01-ci bəndə dəyişiklik edib. Yeni qaydalara əsasən, birinci səbətdə yer alan komandalar avtomatik olaraq üstünlüyə malik olacaqlar və pley-off mərhələsinin yarımfinal və final oyunlarını öz meydanlarında keçirəcəklər. Xatırladaq ki, daha əvvəl DÇ-2026-ya vəsiqə uğrunda pley-off oyunlarının finallarında Türkiyə səfərdə Kosovoya qalib gəlmiş, Danimarka və İtaliya isə müvafiq olaraq Çexiya və Bosniyaya səfər matçlarında məğlub olmuşdular.
Mənbə oxu.az

Oxşar Xəbərlər