Dünya

"Roskaçestvo": "Ermənistan məhsullarına maraq yaranarsa, kütləvi yoxlamalar aparacağıq"

03 Jun 2026, 17:24 21 baxış
"Roskaçestvo": "Ermənistan məhsullarına maraq yaranarsa, kütləvi yoxlamalar aparacağıq"
"Roskaçestvo" əvvəllər Ermənistandan olan müxtəlif kateqoriya mallarda çatışmazlıqlar aşkar etmişdi, lakin istehsalçılar onları operativ şəkildə aradan qaldırmışdılar". Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Keyfiyyət Sisteminin (Roskaçestvo) rəhbəri Maksim Protasov TASS-a açıqlamasında bildirib. Onun sözlərinə görə, "Roskaçestvo" malların tədqiqatlarını istehsal olunduğu ölkəyə görə deyil, istehlakçıların konkret kateqoriya və ya konkret məhsul markalarına marağı əsasında aparır: "Buna görə də, əgər indi istehlakçılar tərəfindən Ermənistanda istehsal olunmuş mal kateqoriyalarına maraq yaranarsa, biz əlbəttə ki, kütləvi yoxlamalar aparacağıq". Qeyd edək ki, mayın 30-dan Rusiya Baytarlıq və Fitosanitariya Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Ermənistandan Rusiyaya pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. İyunun 2-dən eynilə gilas, albalı, ərik, şaftalı, gavalı, nektarin və üzüm tədarükünə də belə məhdudiyyətlər tətbiq olunub. Bundan əlavə, iyunun 3-dən Ermənistandan nar, badımcan, kartof və quru meyvələrin idxalı məhdudlaşdırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər