Cəmiyyət

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi

03 Jun 2026, 17:11 13 baxış
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi

Azərbaycan Dəmir Yolları QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 6 və 7 iyun tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.


Bu barədə Axar.az-a ADY-dən bildirilib.


Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.


Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər