Cəmiyyət

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ: DİM-dən ELAN

03 Jun 2026, 16:20 3 baxış
Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ: DİM-dən ELAN
14 iyun 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap etmək üçün bu linkə daxil olmalıdırlar. Onlar həmçinin my.gov.az portalı və ya "Mygov" mobil tətbiqi vasitəsilə də buraxılış vərəqələrini çap edə bilərlər. Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
Mənbə oxu.az

Oxşar Xəbərlər