İdman

"Bavariya"nın ulduzundan kədərli xəbər: "Bəzən nələrisə qurban vermək lazım gəlir"

03 Jun 2026, 16:34 10 baxış
"Bavariya"nın ulduzundan kədərli xəbər: "Bəzən nələrisə qurban vermək lazım gəlir"
Kanada millisinin kapitanı və "Bavariya"nın ulduz müdafiəçisi Alfonso Deyvis qarşıdan gələn dünya çempionatında komandasının ilk matçında iştirak edə bilməyəcək. Oxu.Az-ın "Toronto Sun" nəşrinə istinadən verdiyi məlumata görə, buna səbəb futbolçunun aldığı zədədir. Xatırladaq ki, Devis mayın 6-da Çempionlar Liqasının yarımfinalında PSJ ilə keçirilən cavab qarşılaşmasında (1:1) sol ayağının dizaltı vətərindən zədə alaraq bir neçə həftəlik sıradan çıxıb. Bütün bunlara baxmayaraq, istedadlı futbolçunun adı DÇ-2026 üçün Kanada yığmasının iştirak ərizəsinə daxil edilib. "Turnirin ilk matçında iştirakım qeyri-mümkündür. Bunu demək mənə nə qədər ağır olsa da, reallıq budur. Əlbəttə ki, dünya çempionatında, ailəmin və dostlarımın önündə çıxış etmək, komandama əlimdən gələn köməyi göstərmək istəyirəm. Lakin bəzən nələrisə qurban vermək lazım gəlir", - deyə Deyvis vəziyyətlə bağlı təəssüfünü bölüşüb. Qeyd edək ki, DÇ-2026-da Kanada yığması Bosniya və Herseqovina, Qətər və İsveçrə ilə birlikdə B qrupunda mübarizə aparacaq. Kanadalılar turnirdəki ilk oyununu iyunun 12-də bosniyalılara qarşı keçirəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər