Cəmiyyət
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 6 və 7 iyun tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Mənbə
oxu.az