İdman

Daha bir azərbaycanlı döyüşçü UFC ilə müqavilə imzaladı

03 Jun 2026, 16:48 13 baxış
Daha bir azərbaycanlı döyüşçü UFC ilə müqavilə imzaladı
Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC ilə müqavilə bağlayıb. Oxu.Az xəbər verir ki, yarımorta çəki dərəcəsində çıxış edən idmançı dünyanın ən nüfuzlu qarışıq döyüş növləri təşkilatı ilə rəsmi müqaviləyə imza atıb. MMA-da 21 qələbə və 3 məğlubiyyətdən ibarət göstəriciyə malik olan Tahir Abdullayev UFC-də ilk döyüşünə iyunun 27-də çıxacaq. Azərbaycan təmsilçisi debüt görüşünü Bakıda nəzərdə tutulan UFC turniri çərçivəsində keçirəcək. Xatırladaq ki, daha əvvəl Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov UFC ilə müqavilə imzalayaraq eyni turnirdə debüt edəcəyini açıqlamışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər