İdman

AFFA təsdiqlədi: Tovuz təmsilçisi Avropaya buraxılmayacaq

03 Jun 2026, 14:28 12 baxış
AFFA təsdiqlədi: Tovuz təmsilçisi Avropaya buraxılmayacaq
AFFA "Turan Tovuz"un 2026/2027 mövsümündə UEFA bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırıldığını təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə qurum rəsmi məlumat yayıb. AFFA-nın yaydığı məlumata əsasən, bu cəzanın kökləri keçmişə dayanır. Belə ki, AFFA İntizam Komitəsinin "Turan Tovuz" futbolçularının danışılmış oyunlarda iştirakı səbəbindən cəzalandırılması barədə 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürən UEFA, klubun 2026/2027-ci illər mövsümündə Konfrans Liqasında iştirakına hüquqi qiymət verilməsi üçün işi birbaşa olaraq UEFA-nın Apellyasiya orqanına göndərib. UEFA Apellyasiya orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, Tovuz təmsilçisi UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilib. Xatırladaq ki, hələ 2019-cu ildə I Divizionda çıxış edən zaman danışılmış oyunlar qalmaqalında adı hallanan "Turan Tovuz"un 7 futbolçusuna - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadəyə futbola aid bütün növ fəaliyyətlərlə məşğul olmaq üçün qəti qadağa tətbiq edilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər