Cəmiyyət

Əli Əhmədovun oğlu baş həkim təyin edildi

03 Jun 2026, 13:12 4 baxış
Əli Əhmədovun oğlu baş həkim təyin edildi
Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub. Oxu.Az Modern.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib. Məlumatı Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər. Bildirilib ki, yeni baş həkim təyinatı dünən olub və artıq kollektivə də təqdim edilən Fikrət Əhmədov bu gündən işə çıxıb. Qeyd edək ki, F.Əhmədov bir neçə ay öncə Nizami Tibb Mərkəzinə baş həkim təyin olunmuşdu. O, yeni təyinatla əlaqədar Nizami Tibb Mərkəzindən ayrılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər