Cəmiyyət
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat üç radələrində rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. Lənkəran rayon sakini 2004-cü il təvəllüdlü Elsevər Məhərrəmov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub. Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az