İdman
Avropa çempionatı: Azərbaycan millisi final uğrunda Serbiya ilə üz-üzə
Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil olunan Avropa çempionatında bu gün həlledici görüşlərindən birinə çıxır. Oxu.Az xəbər verir ki, komandamız yarımfinal mərhələsində Serbiya yığması ilə qüvvəsini sınayacaq. "Tipos Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Yarımfinalın digər cütlüyündə isə Macarıstan və Ukrayna seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edərək inamlı təsir bağışlayan Azərbaycan yığması 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) mübarizədən kənarlaşdırıb.
Mənbə
oxu.az