Cəmiyyət
Moninder Sinqh: "Azərbaycanda hörmətlə qarşılandıq"
"Bu gün mübarizəmiz yeni bir mərhələyə qədəm qoyur. Bizim fikrimizcə, Hindistan dövləti ya bir xalq kimi fiziki olaraq məhv olmağımızı, ya da assimilyasiyamızı - dilimizin, mədəniyyətimizin, irsimizin və inancımızın məhv edilməsini istəyir". Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Siqhlər Federasiyasının sədri Moninder Sinqh Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfransda bildirib. O bildirib ki, Bakıda keçirilən konfrans beynəlxalq əməkdaşlığı gücləndirmək və müxtəlif cəmiyyətlər arasında dialoqu inkişaf etdirmək üçün fürsət yaradır: "Bugünkü görüş bizə qarşılıqlı əlaqənin yeni yollarını araşdırmaq, tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək və cəmiyyətlər arasında həqiqi dialoqlar aparmaq imkanı verir. Əminliklə deyə bilərik ki, Azərbaycanda hörmətlə qarşılandıq. Bizə ən yüksək səviyyədə dialoq aparmaq, akademik ictimaiyyət və Bakı Təşəbbüs Qrupu kimi qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə olmaq imkanı verildi". Mərahim Nəsib
Mənbə
oxu.az