Maraqlı
Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır
Böyük Britaniyalı paralimpiyaçı orbitdə yaşayacaq ilk fiziki məhdudiyyətli astronavt ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Məlumata görə, bir ayağı amputasiya olunmuş Con Makfol "Heyven-1" (Haven-1) kosmik stansiyasına uçmağa hazırlaşır. Bu tarixi missiya Britaniya Kosmik Agentliyinin ABŞ-nin "Vast" startapı ilə müqavilə imzalamasından sonra reallaşacaq. Paralimpiyaçının özü qarşıdakı bu uçuşu heyrətamiz bir fürsət adlandırıb. Onun orbitdə keçirəcəyi iki həftə ərzində alimlər kosmik mühitin və çəkisizlik şəraitinin protez daşıyan bədənə necə təsir etdiyini araşdıracaqlar. Tədqiqat zamanı sensorlar və mikroprosessorlarla təchiz olunmuş müasir protezlərin kosmosdakı vəziyyəti də öyrəniləcək. Bundan əlavə, bu missiya tədqiqatçılara osteoporoz (sümük əriməsi) və əzələ kütləsinin itirilməsi kimi xəstəlikləri daha yaxşı anlamağa, eləcə də gələcəkdə effektiv reabilitasiya proqramları hazırlamağa kömək edəcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər