İdman

Pelenin dünya çempionatının finalında geyindiyi futbol köynəyi hərrəca çıxarılacaq

03 Jun 2026, 04:34 21 baxış
Pelenin dünya çempionatının finalında geyindiyi futbol köynəyi hərrəca çıxarılacaq
Əfsanəvi futbolçu Pelenin 1958-ci il dünya çempionatının finalında geyindiyi forma hərraca çıxarılır. Tarixi geyimin dəyəri 6 milyon dollardan çox qiymətləndirilir. Oxu.Az xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evi məlumat yayıb. Həmin vaxt cəmi 17 yaşında olan Pele, İsveçə qarşı keçirilən və Braziliyanın 5:2 hesablı qələbəsi ilə başa çatan final matçında dubl edib. Braziliyalılar bu qarşılaşmadan əvvəl - yarımfinalda Fransa yığmasını da eyni hesabla məğlub etmişdilər. Əfsanəvi 10 nömrəli forma iyulun 1-dən etibarən "Sotheby's"in Manhettendəki yeni qərargahında - "Breuer" binasında nümayiş olunacaq. Hərrac isə iyulun 16-na, DÇ-2026-nın finalından üç gün əvvələ təyin edilib. Ekspertlərin fikrincə, bu forma futbol tarixinin ən baha satılan idman geyimlərindən biri ola bilər. Hazırkı rekord Dieqo Maradonaya məxsusdur. Onun 1986-cı ildə Meksikadakı dünya çempionatının dörddəbir finalında İngiltərəyə qarşı geyindiyi və məşhur "Tanrının əli" qolunu vurduğu forması 9.3 milyon dollara satılmışdı. "Sotheby's"in açıqlamasında bildirilir ki, Pele final matçından sonra bu formanı komanda yoldaşı və yaxın dostu Didaya hədiyyə edib. Uzun illər Didanın ailəsində qorunan tarixi geyim, nəhayət, 2004-cü ildə gizli saxlanılan bir məbləğə hərraca çıxarılmışdı.
Pelenin dünya çempionatının finalında geyindiyi futbol köynəyi hərrəca çıxarılacaq Pelenin dünya çempionatının finalında geyindiyi futbol köynəyi hərrəca çıxarılacaq
Mənbə oxu.az

Oxşar Xəbərlər