İdman
Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında yarımfinal cütləri müəyyənləşib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, 1/4 final mərhələsinin oyunlarından sonra dəqiqləşib. Finala gedən yolda Macarıstan Ukraynaya, Azərbaycan millisi isə Serbiyaya rəqib olub. Xatırladaq ki, yarımfinal matçları iyunun 3-də, final iyunun 4-də baş tutacaq. Azərbaycan komandası 1/4 finalda Çexiyanı məğlub edib - 5:2.
Mənbə
oxu.az