İdman

Avropa çempionatı: Azərbaycan millisi yarımfinalda!

03 Jun 2026, 01:16 16 baxış
Avropa çempionatı: Azərbaycan millisi yarımfinalda!

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.


Axar.az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/4 finalda Çexiya seçməsi ilə qarşılaşıb. "Tipos Arena"da oynanılan görüş komandamızın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, millimiz yarımfinala vəsiqə qazanıb.


Azərbaycan seçməsi 1/2 finalda Serbiya ilə üz-üzə gələcək. Görüş bu gün keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər