İqtisadiyyat
SOCAR-ın prezidenti "Chevron" şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru ilə görüşüb
2 iyun 2026-cı il tarixində Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf "Chevron" şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Görüşdə "Chevron" şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti məmnunluqla qeyd olunub. Bakı Enerji Həftəsinin açılış mərasimi çərçivəsində SOCAR ilə "Chevron" arasında imzalanmış sənədin əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb və bu istiqamətdə görüləcək işlər nəzərdən keçirilib. Söhbət zamanı şirkətlər arasında Azərbaycanda və digər ölkələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər