İqtisadiyyat
Bakı Enerji Həftəsində mühüm görüş: SOCAR və "SLB" hasilatın optimallaşdırılmasını müzakirə ediblər
2 iyun 2026-cı il tarixində Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf "SLB" şirkətinin icraçı vitse-prezidenti Stiv Qassen ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Görüşdə Bakı Enerji Həftəsinin beynəlxalq enerji məsələlərinin müzakirəsi, əməkdaşlıqların qurulması və inkişafı, eləcə də müasir texnoloji yeniliklərin təqdimatı, təcrübə mübadilələrinin aparılması baxımından mühüm platformaya çevrildiyi məmnunluqla qeyd olunub. Söhbət zamanı SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi imkanları, rəqəmsallaşma, hasilat əməliyyatlarının optimallaşdırılması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər