İdman

"Araz-Naxçıvan"da KÜTLƏVİ AYRILIQ: 10 futbolçu yola salındı

02 Jun 2026, 15:32 14 baxış
"Araz-Naxçıvan"da KÜTLƏVİ AYRILIQ: 10 futbolçu yola salındı
"Araz-Naxçıvan" klubu yeni mövsüm öncəsi heyətdə ciddi dəyişikliklər edib. Oxu.Az xəbər verir ki, Naxçıvan təmsilçisi müqavilə müddəti başa çatan 10 futbolçu ilə yollarını ayırıb. Klub Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni müqavilə imzalamayıblar. Qeyd edək ki, Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli növbəti mövsümdə də "Araz-Naxçıvan"ın formasını geyinəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər